“Regional” BOKT 215 min manat xalis mənfəət əldə edib | Banco.az

“Regional” BOKT 215 min manat xalis mənfəət əldə edib

“Regional” BOKT MMC 2025-ci ili 215 min manat xalis mənfəətlə başa vurub. Bu, 2024-cü ildə qeydə alınan 192 min manat mənfəətlə müqayisədə təxminən 12.3% illik artım deməkdir.

Banco.az xəbər verir ki, BOKT-nin mənfəətin artmasının əsas səbəbi əməliyyat gəlirlərinin kəskin yüksəlməsidir.

2025-ci ildə əməliyyat gəlirləri 1.72 mln. manat təşkil edib ki, bu da 2024-cü ildəki 1.09 mln. manatla müqayisədə təxminən 58% artım deməkdir.

Digər tərəfdən, əməliyyat xərcləri də artaraq 1.17 mln. manatdan 1.61 mln. manata yüksəlib, yəni təxminən 38% artım qeydə alınıb.

BOKT-nin aktivləri 2025-ci ildə 6.59 mln. manat olub ki, bu da 2024-cü ildəki 4.64 mln. manatla müqayisədə təxminən 41.9% artım deməkdir.

Öhdəliklərə baxdıqda, ümumi öhdəliklər 4.71 mln. manat təşkil edib və bu göstərici illik 14% ətrafında artıb. Bank kreditləri 800 min manatdan 980 min manata yüksələrək 22.5% artım göstərib. Kreditor borclar isə 3.28 mln. manatdan 3.65 mln. manata qalxaraq təxminən 11.3% artıb.

Kapital isə nizamnamə kapitalının artırılması və bölüşdürülməmiş mənfəətin müsbət dinamikası hesabına 510 min manatdan 1.88 mln. manata yüksəlib və təxminən 3.7 dəfə artım nümayiş etdirib.