Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycandan fiziki şəxslər tərəfindən 2025-ci ildə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 20 milyon 738 min dollar pul baratları göndərilib.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, 2024-cü illə müqayisədə 6 milyon 320 min dollar və ya 43,8% çoxdur. 2024-cü ildə bu məbləğ 14 milyon 418 min dollara bərabər olub.
Qeyd edək ki, ötən il Azərbaycandan BƏƏ-yə fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi daxilolmalarda xüsusi çəkisi 4,1% təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
