Müəllif: Gülnar Əhmədli, Banco.az
Qətərdən fiziki şəxslər tərəfindən 2025-ci ildə Azərbaycana 15 milyon 705 min dollar pul baratları göndərilib.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, 2024-cü illə müqayisədə 25,5% (3 milyon 195 min dollar) çoxdur. 2024-cü ildə bu məbləğ 12 milyon 510 min dollara bərabər olub.
Qeyd edək ki, ötən il Qətərdən Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi daxilolmalarda xüsusi çəkisi 1.3% təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
