Krediti olan şəxs vəfat edərsə, borc kim tərəfindən ödənir? | Banco.az

Krediti olan şəxs vəfat edərsə, borc kim tərəfindən ödənir?

Avtomobil krediti götürən şəxsin dünyasını dəyişdiyi təqdirdə borcun kim tərəfindən ödənilməsini məsələsi hər zamankı kimi yenə də aktualdır.

Bu gün bankların çoxu əsasən təminatsız kredit verərəkən borc alan şəxsin həyatının sığortalanmasına maraq göstərir. 

Banco.az "ANSPRESS"ə istinadən məlumat verir ki, sadəcə iş yerindən arayış, yaxud şəxsiyyət vəsiqəsi ilə borc alan vətəndaşın onu qaytarmasına sağlamlığından və əmək qabiliyyətli olmasından başqa zəmanət yoxdur. Avtomobil kreditlərində isə vəziyyət fərqlidir. Bu halda avtomobil özü təminat, başqa sözlə girov hesab olunur. Əgər vətəndaş borcunu qaytara bilməyəcəksə, avtomobilin geri alınması ehtimalı var. Bəs avtomobili kreditə götürən şəxs ölərsə, nə baş verir?

Ekspert Xəyal Məmmədxanlı bildirib ki, kredit götürən şəxs həyatını itirərsə onda həmin şəxsin yaxınları banka dəvət olunur. Onlar kreditin ödənilməsini öhdəliklərinə götürməsələr avtomobil hərraca çıxarılır və satılıb kredit bağlanılır. 

Əgər satışdan əldə olunan məbləğ krediti bağlamağa kifayət etmirsə, ölən şəxsin yaxınları qalan borcu ödəməlidir. Əksinə, satışdan artıq məbləğ qalırsa, kredit sahibinin varislərinə verilməlidir. İstənilən halda bu proses həm banka, həm də ölən şəxsin qohumlarına arzuolnumaz problem deməkdir. Bunun baş verməməsi üçün könüllü qaydada həm bank, həm vətəndaş avtomobil kreditləşməsi zamanı sığortaya üz tuta bilər.

Ekspert onu da qeyd edib ki, həyat sığortası ucuz sığorta növüdür. O düşünür ki, 1% və 0,5% olmaqla banklar hamısı bunu edə bilər. 

Hətta bank avtomobil kreditləşməsi zamanı vətəndaşa sığorta təklif etməsə belə, vətəndaş özü fərdi qaydada sığortalana bilər.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et