Kredit – hər hansı maliyyə qurumu ilə borc alan şəxs arasında rəsmiləşdirilən öhdəlikdir. Vəsaitin müəyyən şəxsə və ya təşkilata verilməsi, müəyyən vaxtın və faizin təyin edilməsi ilə həyata keçir. Borc götürən şəxs, əldə etdiyi vəsaiti istədiyi kimi xərcləməkdə azaddır.
Lizinq - əmlakın uzunmüddətli icarəsidir. Lizinq verən şirkət, əmlakın sahibi hesab olunur (adəti üzrə bu nəqliyyat, cihazlar, daşınmaz əmlakdır). Lizinq alıcısı, ondan ancaq müəyyən vaxt ərzində tədricən dəyərini ödəyərək istifadə edir. İcarə haqqının ödənilməsi, lizinq dəyərinin tam şəkildə ödənilməsinə qədər davam edir.
Lizinq ilə kredit bir-birindən təyin edilən faizə görə belə fərqlənə bilər.
Lizinq, uzun müddətli icarə haqqına belə imkan verir. Beləliкlə, lizinq şirкətləri faktiki оlaraq icarədara «kredit» verirlər. Buna görə də lizinqi bəzən «kredit-icarə» adlandırırlar.
Kredit, əldə edən hüquqi şəxs isə yalnız müqavilə imzaladığı bank qarşısında maliyyə öhdəliçiyi daşıyır. Müəyyən olunan faiz dərəcələri, kredit almaq üçün müraciət edilən müəssidən asılı olaraq, dəyişə bilər.
Biznes zamanı
Lizinq- iş adamlarının istifadəsi üçün daha əlverişli sayılır. Belə ki, ödəmə qrafiki yetəri qədər dəqiqdir. Birinci ödəməni, icarəyə götürülən avadanlığın (əmlakın) ilk gəlirinin əldə etməsindən dərhal sonra baş tutur. Bu o deməkdir ki, icarəyə götürülən avadanlıq (əmlak) müəyyən zaman ərzində bir müddət hələ fəaliyyət göstərməlidir. Amma krediti, nəticədən asılı olmayaraq, qrafikə uyğun olaraq ödəmək mütləqdir.
Lizinqin müsbət tərəfləri
Müəyyən zaman ərzində əmlakın icarəsinin mümkünlüyü
Uzun müddət ərzində borcun qaytarılması
Ödənişlərin dəqiq olması
Aşağı faiz dəyərinin olması
Müraciətlərinin daha tez və asan surətdə qəbulu, lizinqin faydalı xüsusiyyətlərindəndir.
Kreditin müsbət tərəfləri
Əmlak alınır, dərhal borc götürən şəxsin mülkiyyətinə çevrilir
Borc alan şəxs, öhdəliklərini yerinə yetirdiyi təqdirdə, əmlakın onun əlindən alınmasının heç bir əsasının olmaması
Borc öhdəliyinin, tez zaman kəsiyində ödənilməsi və əmlak sahibi olması, kreditin müsbət cəhətlərinə aiddir.
Lizinq və kredit arasında seçim etdiyiniz zaman,
Kredit tarixçəsi
Təyin edilən faiz dərəcəsi
Əmlakın xarakteristikası
Borc alanın statusu (hüquqi və ya fiziki şəxs, ƏDV ödəyicisi olub-olmamasının), kredit ödəmə bacarığı kimi bir neçə faktoru nəzərdən keçirmək mütləqdir.