Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanda 2 132 ədəd minik avtomobili, 146 ədəd yük avtomobili istehsal edilib.
Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə minik avtomobili istehsalı 4.9% (100 ədəd) artıb, yük avtomobili istehsalı isə 47.1% azalıb.
Qeyd edək ki, cari ilin iyul ayının 1-i vəziyyətinə hazır məhsul ehtiyatı müvafiq olaraq 36 ədəd minik, 13 ədəd isə yük avtomobili təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!