Rusiya "Zoom"u 80 milyon rubl cərimələyib | Banco.az

Rusiya "Zoom"u 80 milyon rubl cərimələyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiyada “Zoom” ölkədəki tənzimləmə öhdəliklərinə əməl etmədiyi üçün 79,6 milyon rubl (təxminən 964 min dollar) cərimələnib.

Banco.az xəbər verir ki, “Zoom”a qarşı açılan məhkəmə işi Rusiyanın paytaxtı Moskva şəhərində keçirilib.

Məhkəmə sözügedən platformanın Rusiyadakı qanunvericiliyə dair öhdəliklərini yerinə yetirmədiyi qənaətinə gələrək, “Zoom”un 79,6 milyon rubl məbləğində cərimə ödəməsinə qərar verib.

Qeyd edək ki, ölkədə “Zoom” bundan əvvəl də istifadəçi məlumatlarını yerli serverlərdə saxlamadığı üçün müxtəlif cərimələrə məruz qalmışdı.

“Zoom” ilə yanaşı, “Instagram”, “Facebook” və “TikTok” kimi bir sıra Qərb mənşəli internet şirkətləri də Rusiyada müxtəlif qanun pozuntularına görə zaman-zaman cərimələnirlər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram