2019-cu ilin İyun ayında kredit qoyuluşları May ayının sonu ilə müqayisədə 284,6 milyon manat və ya 2,1% artaraq 13 milyard 483 milyon manata çatıb. Artımın yarısı istehlak kreditləri ilə bağlıdır. Cəmi kredit qoyuluşlarına biznes kreditləri və istehlak kreditləri daxildir.
İyun ayında ev təsərrüfatlarına verilən kreditlər (əsasən istehlak kreditləri) 143,3 milyon manat artaraq 5 milyard 802 milyon manata yüksəlib. Ev təsərrüfatlarına verilən kreditlərin cəmi kredit qoyuluşlarında xüsusi çəkisi 43%-ə çatıb. 2018-ci ilin İyun ayının sonunda bu nisbət 35,8%, 2018-ci ilin sonunda 40,9% təşkil etmişdi.
Cari ilin 1-ci yarısında cəmi kredit qoyuluşları 462,3 milyon manat, ev təsərrüfatlarına verilən kreditlər isə 482,2 milyon manat artıb. Cəmi kredit qoyuluşlarının onun tərkib hissəsi olan ev təsərrüfatlarına verilən kreditlərdən az artması ilin ilk yarısında biznes kreditlərinin azaldığına işarədir.
Marja