“Kredit faizləri ilə bağlı islahat gündəliyi hazırlanıb” | Banco.az

“Kredit faizləri ilə bağlı islahat gündəliyi hazırlanıb”

“Azərbaycanda bank siyasətinin kredit fazilərinə təsir imkanlarını artırmağa çalışırıq. Bununla bağlı islahat gündəliyi var. Başlıca diqqət bu sahədə islahatlara yönəlib”.

Bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında deyib.

“İnflyasiyanın hədəflənməsi rejiminə keçməyə hazırlaşırıq. Hələ ki, depozit və kredit faizlərinə təsir imkanları zəifdir. Bu rejimə keçəndən sonra təsir imkanlarımız arta bilər”, - o əlavə edib.

Ən sərfəli kredit üçün müraciət et

Baş bankir həmçinin deyib ki, hazırda neftin bahalaşmasının Azərbaycan manatının məzənnəsinin möhkəmlənməsinə təsiri cüzidir. 

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et