Koronavirus Apple firmasının rüblük gəlirlərini azaltdı | Banco.az

Koronavirus Apple firmasının rüblük gəlirlərini azaltdı

Koronavirus Çin başda olmaqla dünyanın bir çox yerinə yayılmışdır. Virus dünyanın əksər ölkələrində insanların narahatlıq içində olmasına və yaşayış standartlarının aşağı düşməsinə səbəb olmuş, bununla yanaşı həm sosial həm də iqtisadi həyata təsir göstərmişdir.

IKEA, Apple, Starbucks kimi bir çox qlobal markanın Çindəki mağazalarını bağladığını əvvəlki məqalələrimizdə sizə bildirmişdik. Bununla yanaşı bir çox hava yolu şirkəti də Çinə uçuşları təxirə salmışdı. Turizm, pərakəndə və istehsal sektorunda ciddi itkilərə səbəb olan bu vəziyyət dünya iqtisadiyyatına təsirini yavaş-yavaş biruzə verir. Ən pisi isə odur ki, təsirin nə dərəcə böyük olacağı hazırda proqnozlaşdırıla bilmir.

Həmçinin oxu: Bu Hava Yolu Şirkəti Çinə uçuşları təxirə saldı

Ən sərfəli kredit üçün müraciət et

Apple sahibkarları koronavirus səbəbilə şirkətin mart ayı üçün əvvəlcədən prqozlaşdırılan gəlir hədəfinin reallaşmayacağına dair həmfikirdirlər. Belə ki, şirkət virusu da nəzərə alaraq 63-67 milyard dollar aralığında bir gəlir hədəfi proqnozlaşdırdıqlarını elan etmişdilər, ancaq hazırda reallaşması düşünülən göstərici bu rəqəmdən aşağıdır.

Şirkətdən bildirildiyinə görə, qarşıdakı dövrdə gözləniləndən daha az sayda iPhone markalı telefon istehsal ediləcək və iPhone tədarük çatışmazlığı dünya üzrə gəlirlərə müvəqqəti olaraq təsir edəcək.

Apple şirkətinin daha az büdcəli iPhone SE modelli ağıllı telefonu bazara çıxarmaq planının isə tədarük çatışmazlığı səbəbilə nəzərdə tutulan tarixdə baş tutacağı ehtimal edilmir.

Image result for iPhone SE

Şirkət həmçinin Çindəki şirkət ofislərinin və informasiya mərkəzlərinin açıq olduğunu, mağazaları isə mərhələli olaraq açacaqlarını söyləyib.

Tamara Mustafayeva, Banco.az