Starbucks şirkətindən Çin bazarı ilə bağlı radikal qərar! | Banco.az

Starbucks şirkətindən Çin bazarı ilə bağlı radikal qərar!

Korona virusuna qarşı bütün dünyada ciddi tədbirlər görülməyə başlayıb. Dünya Səhiyyə Təşkilatı virusun “orta” səviyyədə qiymətləndirilən risk dərəcəsini “yüksək” səviyyəyə çıxarıb. Çindən gələn bütün ziyarətçilərə daxil olduqları əksər ölkələrdə virus yoxlanışı tətbiq edilir.

Vəziyyət bu dərəcədə ciddi olduğu bir zamanda dünyanın ən məşhur kofe restoranları şəbəkələrindən biri olan Starbucks da məsələ ilə bağlı tədbir görmək məqsədilə Çindəki 2 mindən çox şöbəsini bağlamaq qərarı verib.

Şirkətin CEO-su Kevin Johnson virus səbəbilə yaranan fors-major hallara qarşı gördükləri bütün tədbirlər və bu müddət boyunca şəffaf olacaqlarına dair açıqlama edib.

Ən sərfəli kredit üçün müraciət et

Banco.az xarici mətbuata istinadla bildirir ki, şirkət ölkədəki tədarük zəncirində yaranan ləngimələr səbəbilə buradakı menyularda da dəyişiklik edib.

Xatırladaq ki, şirkətin Çində 4 mindən çox şöbəsi fəaliyyət göstərirdi.

Həmçinin oxu: Korona virusu Apple şirkətinin iPhone istehsalı ilə bağlı planlarını korlaya bilər

Tamara Mustafayeva, Banco.az