Daha bir şirkət Çindəki mağazalarını bağlayır | Banco.az

Daha bir şirkət Çindəki mağazalarını bağlayır

Dünən sizə Starbucks şirkətinin Çində gedərək daha çox yayılan korona virusu səbəbilə 2 mindən çox mağazasını müvəqqəti olaraq bağlamaqla bağlı qərar verdiyini xəbər vermişdik.

Banco.az xarici mətbuata istinadla bildirir ki, İsveçin mebel markası IKEA da Starbucks kimi tədbir məqsədilə Çindəki 24 mağazasından 14-nü müvəqqəti olaraq bağlamaq qərarı verib. Qərar bu gündən etibarən tətbiq ediləcək.

IKEA şirkətinin sözçüsü Jon Egerlid, “Müştərilərimizin və işçilərimizin sağlamlığı və təhlükəsizliyi bizim üçün əsas prioritetdir. Çin höküməti virusun yayılmasını nəzarət altına alanadək oradakı filiallarımızdan 14-nü müvəqqəti olaraq bağlayırıq. İşçilərin maaşları isə vaxtında ödənilməyə davam edəcək” deyə açıqlama edib.

Ən sərfəli kredit üçün müraciət et

Virus sürətlə yayılmağa davam edərsə, digər firmalar da oxşar qərarlar verə bilərlər.

Həmçinin oxu: Korona virusu Apple şirkətinin iPhone istehsalı ilə bağlı planlarını korlaya bilər

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et