Korona virusu Apple şirkətinin iPhone istehsalı ilə bağlı planlarını korlaya bilər | Banco.az

Korona virusu Apple şirkətinin iPhone istehsalı ilə bağlı planlarını korlaya bilər

İndiyə qədər 106 nəfərin ölümünə səbəb olan Korona virusu Amerikanın texnologiya nəhəngi Apple şirkətinin iPhone istehsal planlarını da təxirə sala bilər.

Şirkətin bu ilin ilk yarısında iPhone istehsal həcmini 10% artırma planı Çində Korona virusunun yayılması səbəbilə təxirə salına bilər.

Banco.az xarici mətbuata istinadla bildirir ki, şirkətin əksəriyyəti Çində yerləşən istehsal mərkəzlərinə sahib tədarükçülərindən 2020-ci ilin ilk yarısı üçün 80 milyona yaxın iPhone istehsal edilməsini istədiyi qeyd edilmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Ancaq xarici mətbuatda fevral ayının üçüncü həftəsində başlayacağı nəzərdə tutulan istehsalın virusun yayılması səbəbilə təxirə düşə biləcəyi bildirilib.

Xatırladaq ki, şirkət fevral ayında iPhone SE2 adlandırlacaq modelin istehsalına başlamağı planlaşdırırdı.

Həmçinin oxu: Milyard dollarlıq səhmi 800 dollara satan Apple-ın qurucusu

Tamara Mustafayeva, Banco.az