Kommersiya banklarının başlıca funksiyası nədən ibarətdir? | Banco.az

Kommersiya banklarının başlıca funksiyası nədən ibarətdir?

Bankların icra etdiyi əsas vəzifələrdən biri cəmiyyət üzvlərinə məxsus pul əmanətlərinin mühafizəsini təşkil etməkdir.

Banklar, ilk növbədə, etibarll müəssisələrdir. Bütün banklar fəaliyyət müddəti ərzində cəmiyyətin etibarını qazanmaq məqsədi daşıyır. İqtisadi subyektlərin banka əmanət yatırması üçün bank həmin şəxslərə bu əmanətlərin müəyyən edilmiş vaxtda və vəd edilmiş faiz dərəcələri ilə təqdim olunacağına dair təminat verməlidir.

Belə bir şəraitdə, cəmiyyət dövlət tərəfindən həyata keçirilən bank tənzimlənməsi və bank nəzarəti funksiyalarını düzgün şəkildə düşünülmüş siyahətin özünəməxsus təminatı kimi qiymətləndirir.

Digər iqtisadi bazar subyektlərindən fərqli olaraq, banklar özündə öz fəaliyyətinin qeyri-sabitlik riskini və ümumi iqtisadi böhranın meydana gəlmə riskini birləşdirirlər. Bu amil kommersiya banklarının təbiəti və onların fəaliyyətinin müəyyən xüsusiyyətləri ilə izah olunur. Məsələn, bankların kapitalı onların ümumi resurslarının yalnız kiçik bir hissəsini təşkil edir. Çünki banklar çoxsaylı əmanətçilərin maddi vəsaitlərinin cəlb edilməsi hesabına fəaliyyət göstərirlər.

Ən sərfəli kredit üçün müraciət et

Buna əsaslanaraq söyləyə bilərik ki, bankların likvidliyi və ödəmə qabiliyyəti kimi anlayışlar nisbi anlayışlar hesab olunur. Bu terminlərin əsasında belə bir fikir dayanır ki, bütün əmanətçilər öz vəsaitlərini bandan eyni anda götürmürlər. Lakin bəzən ölkədə elə bir iqtisadi vəziyyət meydana gələ bilər ki, əmanətçilər banka qoyduqları bütün vəsaitləri eyni anda geri götürə bilərlər. Bunun nəticəsində kommersiya bankları iflas təhlükəsi ilə üzləşə bilərlər. Müflisləşən banklar birbaşa banklararası əlaqələr sistemi vasitəsilə digər banklarla sıx şəkildə əlaqəlidirlər. Bank müflisləşdikdən sonra o nəinki əmanətçilər, həmçinin digər banklar qarşısında da öz öhdəliklərini yerinə yetirmək iqtidarında olmur. Bu isə bank sektorunda iflas zəncirinin yaranmasına səbəb ola bilər. İflas zəncirin formalaşmasına səbəb olan amillərdən biri də pul dövriyyəsində meydana gələn qeyri-sabitlikdir. Bu zaman bank sektorunda qeydə alınan böhran riski ölkə səviyyəsində ümumi iqtisadi böhranın meydana gəlməsi ilə nəticələnə bilər. 

Sevinc İbadova/Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et