Kitabların qiyməti ucuzlaşacaq | Banco.az

Kitabların qiyməti ucuzlaşacaq

Azərbaycanda kitab və kağızın idxalı və satışı ƏDV-dən azad edilə bilər. Bu barədə təkliflər Milli Məclisdə müzakirə olunacaq.

Kitab və kağız məhsullarının idxalının və satışının ƏDV-dən azad olunmasının kitab satışına necə təsir edəcək?

Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı bildirib ki, ƏDV-in ləğv olunmasının kitab satışına müsbət təsiri olacaq. "Kitab qiymətlərinin aşağı düşəcək və daha əlverişli qiymətlərə satılacaq. Bunun kitab satışına və alışına böyük təsiri olacaq. Kitab tirajlarının da artması gözlənilir. Ümid edirəm ki, bu kitab oxucularının artmasına gətirib çıxaracaq."

"Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu isə qeyd edib ki, yeni qərarla ölkədə kitabların qiymətində 20%- lik fərq olacaq.

Onun sözlərinə görə, ƏDV-in ləğv olunması ilə ölkəmizdə kitab satışı artacaq: "Kitabın qiyməti 18% azalacaq. Bu vaxta qədər kağız gətirən firmalar az sayda idisə, bundan sonra artacaq. Qanun təsdiqləndikdən sonra nəşriyyatların sayı, kitab çeşidlərinin və kitabların tirajı da artacaq. Əgər ortalama illik tiraj 700 ədəd idisə, ƏDV götürüləndən sonra kitab tirajı 1000-i keçəcək. ƏDV ləğv olunandan sonra kitab satışı yüksələcək. Bu verginin götürülməsi yaxşı addımdır."

"Mücrü" nəşriyyatının direktoru Müşfiq Xan deyib ki, kitab və kağız üzərindən əlavə dəyər vergisinin götürülməsi ümumiyyətlə kitabın cəmiyyətimizə daha yaxşı sirayət etməsinə səbəb olacaq: "Bizim nəşriyyat bu qərar təsdiqlənərsə satışa çıxardığı kitabların qiymətində diqqətçəkən endirim edəcək. Biz kitabın çox oxunmasının tərəfdarıyıq, bunun arzusundayıq və bununçün illərdir əlləşib-vuruşuruq. Çox yaxşı xəbərdi, çünki biz bu sahədə çalışırıq və kitabların tirajlarının artmasını istəyirik."

Ən sərfəli kredit üçün müraciət et

Ərgünəş nəşriyyatının direktoru Oktay Ərgünəş Əliyev açıqlamasında bildirib ki, kitab və kağız məhsullarının idxalının və satışının ƏDV-dən azad olunması çox müsbət haldır: "Belə ki, kitabların ƏDV-in kitab qiymətinin aşağı düşməsi, oxucuların artması və s. bu kimi müsbət cəhətlərə səbəb olacaq."

Qeyd edək ki, qüvvədə olan Vergi Məcəlləsinə əsasən, hazırda ümumtəhsil müəssisələri, habelə peşə təhsili müəssisələri üçün dərslik komplektləri (iş dəftərləri istisna olmaqla) və uşaq ədəbiyyatının istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti ƏDV-dən azaddır.

trend

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et