Kasko sığortası ilə bağlı tariflərin artırılması gözlənilmir.
Kasko sığortanın bahalaşması məsələsinə aydınlıq gətirildi.
Banco.az "ANSPRESS"ə istinadən məlumat verir ki, yaxın vaxtlarda Kasko sığortası ilə bağlı tariflərin artırılması gözlənilmir. Sığortaçılar assosiasiyasının şirkətlərlə, eləcə də Dövlət Sığorta Nəzarəti Xidməti ilə apardığı müzakirələr sadəcə kasko sığorta tariflərinin müəyyən olunmasının yeni, daha əsaslandırılmış metodu ilə bağlı olub.
Hazırda şirkətlər tarifləri bazardakı real vəziyyətə əsaslanaraq müəyyən edir.
Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov isə bildirdi ki, təklif olunur ki, hər bir şirkət aktuar hesablamalara əsaslaraq öz portfelini analiz etsin və nəticədə bir əmsal müəyyən etsin.
Bu metod isə əsasən irihəcmli müqavilələr üzrə tətbiq oluna bilər. Hesab olunur ki, yeni metod sığorta şirkətlərinin zərərinin azalmasına, onların risqlərini minimuma endirməsinə səbəb olacaq. Kasko sığorta könüllü olduğundan indi də bazarda təklif olunan tariflər fərqlidir. Amma nəzərə alsaq ki, onsuz da bu sığorta növü üzrə yığımlar kəskin azalıb, şirkətlər bir-biri ilə həm də aşağı tarif təklif etməklə rəqabət aparır. Bu səbəbdən bahalaşma gözlənilmir.