Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanın sığorta şirkətləri avtonəqliyyat vasitələrinin könüllü sığortası (KASKO) üzrə 2024-cü ilin yanvarında 4 milyon 574 min manat sığorta haqqı yığıblar.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Hesablamalarımıza görə, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1 milyon 65 min manat və ya 30.4% çoxdur.
Hesabat dövründə sığorta ödənişlərinin məbləği isə 321 min manat və ya 26.6% artaraq 1 milyon 526 min manata çatıb. Ötən ilin yanvarında bu növ üzrə yığımların məbləği 3 milyon 509 min manat, ödənişlərin məbləği isə 1 milyon 205 min manat olub.
Bizi sosial şəbəkələrdən izləyin!!