Karyera və iş həyatı üçün MÜTLƏQ istifadə etməli olduğunuz 6 LinkedIn tətbiqi | Banco.az

Karyera və iş həyatı üçün MÜTLƏQ istifadə etməli olduğunuz 6 LinkedIn tətbiqi

Dünyada smartfonların istifadəsi sürətlə artmağa davam edir. LinkedIn platformasının rəsmi məlumatına görə, istifadəçilərinin 60% - dən çoxu sayta daxil olmaq üçün mobil tətbiqdən istifadə edirlər. Bu göstərici digər internet saytlarına nəzərən bir az aşağıdır. Bu o deməkdir ki, insanlar LinkedIn platformasına daha çox kompüterlər vasitəsilə daxil olurlar. LinkedIn isə mobil istifadəni artırmaq üçün yeni tətbiqlər hazırlayır.

Aşağıda qeyd edilən LinkedIn tətbiqlərinin bir çoxunu daha əvvəl eşitməmiş ola bilərsiniz. Odur ki, bugünkü məqaləmizdə iş həyatında sizə faydalı olacaq LinkedIn tətbiqləri haqqında ətraflı məlumat hazırlamışıq. Onu da qeyd edək ki, sözügedən tətbiqlərin hamısı ödənişsiz endirilib istifadə edilə bilir.

1. LinkedIn Mobile App

LinkedIn platformasının özünə məxsus olan bu tətbiq tamamilə ödənişsizdir və sizə mobil telefonunuzdan problemsiz bir şəkildə LinkedIn hesabınıza daxil olmaq imkanı yaradır. Tətbiq yaxşı dizayn edilmiş, sürətli və istifadəsi olduqca rahatdır. Mesajları yoxlamağa, insanları dəvət etməyə, yenilənmələri nəzərdən keçirməyə və mesaj göndərməyə imkan verir.

2. LinkedIn SlideShare

LinkedIn – in mobil cihazlarda fəaliyyət göstərən gizli xəzinələrindən biridir. LinkedIn SlideShare təqdimatlar, infoqrafiyalar, sənədlər və videolar daxil olmaqla peşəkar tərkibli sənədləri yükləyə biləcəyiniz və onlara asanlıqla nəzər sala biləcəyiniz bir tətbiq və veb saytdır.

3. LinkedIn Learning

LinkedIn Learning onlayn fəaliyyət göstərən minlərlə kurs və videoların daxil olduğu bir tətbiqdir. Məzmun tərtib etmə, data analizi, informasiya texnologiyaları, proqramlaşdırma, liderlik və idarəetmə adı altında kateqoriyalaşdırılmışdır. Tətbiqi endirmək ödənişsizdir, ancaq bölmələrə daxil olmaq üçün Premium abunəliyə ehtiyac vardır. İstifadə dili ingiliscədir və ödənişsiz 1 ay sınaq müddəti vardır.

Ən sərfəli kredit üçün müraciət et

4. LinkedIn Recruiter

Bu tətbiq abunəliyinizdə olan insanlarla əlaqə yaratmağınızı təmin edir. Sözügedən tətbiq potensial namizədlərin profillərini axtarmaq və incələmək, onlara dərhal cavab vermək imkanı yaradır. Recruiter mobil tətbiqi veb versiyanı tamamilə əvəzləyə bilməsə də, kompüterə çıxışınızın olmadığı zamanlar üçün əlverişlidir.

Həmçinin oxu: İşə qəbul üçün ən çox axtarılan 5 bacarıq

5. LinkedIn Sales Navigator

LinkedIn – in satış mütəxəssisləri üçün hədəf bazarındakı potensial müştəriləri və hesabları tapmağa, onlara mesaj göndərməyə və yenilənmələrdən xəbərdar olmağa kömək edən bir tətbiqdir. Onu da qeyd edək ki, 7 gün 24 saat fəaliyyət göstərən genişlədilmiş axtarış sistemi vasitəsilə hədəflənən profil axtarışları tərtib edilir və ideal namizəd tapıldığı zaman sizi gün ərzində bir dəfə xəbərdar edə bilir.

6. LinkedIn Elevate

Bu tətbiq sosial mediadan aktiv şəkildə istifadə edən böyük şirkətlər üçün olduqca faydalı vasitədir. İşçilər şirkətiniz üçün sosial media konteksti yaratdıqca onu sözügedən tətbiqə yükləyirlər. Beləliklə də, şirkətin bütün işçiləri bunu sosial media hesablarında paylaşa bilir. Bu, sosial media vasitəsilə viral olmağın ən təsirli üsullarından biridir.

Həmçinin oxu: İş həyatında uğur qazanmaq istəyirsinizsə, bu şəxsləri MÜTLƏQ izləyin

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et