Müəllif: Gülnar Əhmədli, Banco.az
Kapital Bank-ın depozit portfeli 30 iyun 2026-ci il tarixinə 9 milyard 951 milyon 241 min manat təşkil edib.
Banco.az xəbər verir ki, bankın depozit portfeli 2025-ci ilin eyni dövrü ilə müqayisədə 473 milyon 889 min manat və ya 5% artıb.
Hesabat dövründə bankda fiziki şəxslərin depozitləri 3 milyard 708 milyon 218 min manat, hüquqi şəxslərin depozitləri isə 6 milyard 243 milyon 23 min manat təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə fiziki şəxslərin depozitləri 631 milyon 892 min manat və 20.5% artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
