"İxracla məşğul olan iki sahibkar ödəniş üçün müraciət edib" | Banco.az

"İxracla məşğul olan iki sahibkar ödəniş üçün müraciət edib"

Azərbaycandan mal ixracı ilə məşğul olan sahibkarlara vəd edildiyi kimi ixrac etdikləri malın dəyərinin 3-6%-i qədər ödəniş veriləcək. Bu barədə jurnalistlərə açıqlamasında iqtisadyyat naziri Şahin Mustafayev məlumat verib.

Onun sözlərinə görə, artıq iki sahibkar bu məqsədlə İqtisadiyyat Nazirliyinə müraciət edib.

Ən sərfəli kredit üçün müraciət et

Ş.Mustafayev “Made in Azerbaijan” brendinin tanınması ilə bağlı görülən işlər barədə də danışıb. O, bu istiqamətdə həyata keçirilən tədbirlərin tərkib hissəsi kimi Azərbaycanın 3 ölkədə - Rusiya, Çin və BƏƏ-də ticarət nümayəndəliklərinin açılacağını deyib.

Mənbə: Report.az