İstanbulda seçkinin yenidən keçirilməsinə qərar verildi - LİRƏ SÜRƏTLƏ UCUZLAŞDI | Banco.az

İstanbulda seçkinin yenidən keçirilməsinə qərar verildi - LİRƏ SÜRƏTLƏ UCUZLAŞDI

31 Martda İstanbulda keçirilmiş seçkinin nəticəsi ləğv edildi. İstanbul Böyükşəhər Bələdiyyə sədrinin seçilməsi üçün yenidən seçki keçiriləcək. 

 

Türkiyə Mərkəzi Seçki Komissiyası (YSK), Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının (AK Parti) etirazını qəbul edərək seçkinin ləğv edilməsinə qərar verib.

YSK-nın qərarını, AK Parti-nin YSK-dakı nümayəndəsi Recep Özel, sosial mediadan bildirib. O, "İstanbulda seçki yenidən keşiriləcək. Xeyirli olsun" yazıb.

Xəbərdən sonra Lirə kəskin ucuzlaşıb. Dollar/TL məzənnəsi 2,5% artımla 6.1152səviyyəsinə yüksəlib.

 

Ən sərfəli kredit üçün müraciət et

QƏRAR SƏS ÇOXLUĞU İLƏ QƏBUL EDİLİB

YSK-dakı bu qərar səs çoxluğu ilə qəbul olunub. YSK-dakı səsvermədə 7 qəbul, 4 rədd səsi verilib.

 

İstanbul Böyükşəhər Bələdiyyə sədri seçkisinin 23 İyun Bazar günü yenidən keçirilməsinə qərar verilib.

Qeyd edək ki, İstanbul seçkisinin qalibinin CHP-nin namizədi Əkrəm İmamoğlu olduğu bildirilirdi. Hətta o vəzifəsinin icrasına da başlamışdı.

31 Mart 2019-da keçirilmiş seçkiyə qatılan siyasi partiyalar 23 İyunda keçiriləcək təkrar seçkiyə qatılacaqlar. "Ak Parti"nin namizədi Binali Yıldırım idi.

Marja