İsrail Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti EnterpriseAzerbaijan portalının qonağı olub | Banco.az

İsrail Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti EnterpriseAzerbaijan portalının qonağı olub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində qonaq olan İsrail Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti Aleks Kaplun və Palatanın əməliyyat meneceri Gülmiyyə Aşirova EnterpriseAzerbaijan portalının İnkubasiya və Akselerasiya akvariumunu ziyarət ediblər.

Görüşdə EnterpriseAzerbaijan.com portalının rəhbəri Mətanət Musayeva, Rəqəmsal Ticarət Qovşağının (DTH)  portalının rəhbəri Məsumə Talıbova və “Alma Consalting”in rəhbəri Habil Əhmədov iştirak ediblər.

EnterpriseAzerbaijan portalının rəhbəri Mətanət Musayeva qonaqlara portalın yenilənən iş prinsiplərini izah edib, Azərbaycanda innovasiya və startap ekosisteminin müasir vəziyyəti və burda EnterpriseAzerbaijan.com portalının yeri və rolu haqqında məlumat verib, qonaqları akvariumun rezidentləri və startaplar ilə tanış edib.

İsrail Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti Aleks Kaplun mərkəzin rezidentləri olan “Alma consulting”, “Interno” və “Bonpini”, eyni zamanda mərkəzin sosial, ekoloji, texnoloji və kreativ layihələri olan “Ecoprint”, “Yoldash”, “Recycled Art”, “GreenBomb”, “Biobot”, “Entor”, “Designyourself” və “Plasket” ilə tanış olub, onların təqdimatlarını dinləyib, beynəlxalq səviyyədə yarışlarda iştirakları və qələbələri ilə maraqlanıb, gələcək inkişafları üçün lazım olan tövsiyələr verib.

Ən sərfəli kredit üçün müraciət et

İsrailli qonaq Azərbaycan və İsrail startap ekosistemləri arasında gələcək əməkdaşlığın inkişafı üçün maraqlı olduğunu söyləyib. Tərəflər arasında “StratUp School” layihəsi, “İqtisadi artım-İnovasiya və startaplar” adlı dərsliyin yazılması və İnkubasiya Mərkəzinin inkişaf perspektivləri müzakirə olunub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et