Müdirlə yaxşı ünsiyyət necə qurulur? İclas müddətində necə davranmaq lazımdır? İşləri necə nizamlamaq lazımdır? İş həyatında müvəffəqiyyətin sirləri nələrdir?
İş həyatında sizə uğur qazandıracaq 7 sirr!
Müdirlə yaxşı ünsiyyətə sahib olun.
Direktorla eyni dildə danışmağı, onunla yaxşı ünsiyyətə sahib olmağı hamı istəyir. Bunun üçün ən əhəmiyyətli şey onun necə rəhbər və iş tərzinə sahib olduğunu başa düşməkdir. Məsələn, əgər sizin müdir qrup işinə əhəmiyyət verir və rahat bir intizama sahibdirsə; siz bütün qrupu motivasiya edin, bir yerə gətirin, hətta günorta həmişə birlikdə yeməyə çıxın. Əgər daha intizamlı və idarəçidirsə; nəyi gözlədiyini əvvəldən təxmin etməyə çalışın, hesabatlarla iş irəliləyişini addım-addım paylaşın və hər zaman planlı işləyin. Son olaraq digər əhəmiyyətli təklifimiz də əlaqənizdə məsafəni qorumanızdır! Onunla çox yaxşı iş yoldaşı ola bilərsiniz. Amma onunla hər şeyinizi paylaşmanız həm onunla olan iş əlaqənizi zədələyə bilər, həm də qrupda narazıçılıq yarada bilər.
İclasda aktiv olun.
Passiv dinləyici rejimindən çıxmağınız lazımdır. Aktiv olmağınız eyni zamanda sizin birlik qarşısında çıxış qabiliyyətinə sahib olduğunuzun da bir göstəricisidir. Bes bunu necə bacarmaq olar? Əvvəlcə əminliklə yaxşı bildiyiniz mövzu haqqında danışın. İkinci olaraq, danışdığınız mövzu sizin şəxsi fikrinizdən çox, insanlara yeni məlumat öyrədəcək bir şey olmalıdır. Diqqətli olmaq, danışarkən çox təkrarlardan qaçınmaq, uzatmamaq, biri danışarkən sözünü kəsməmək və ya onunla birlikdə danışmamaq, nə çox yüksək səsli nə çox səssiz danışmamaq diqqət etməmiz lazım olan digər mövzulardır.
Xarici görünüşə diqqət göstərin.
Geyindiyiniz paltarlar, aksessuarlar, saçınız, makiyajınız, qısacası xarici görünüşünüzə verdiyiniz əhəmiyyətin iş həyatınıza ciddi nisbətdə təsiri var. Həm sizin özünüzə olan güvən, həm də iş ətrafınızla olan əlaqələriniz baxımından görünüşünüz çox əhəmiyyətlidir. Narahat olduğunuz paltar sizə mənfi təsir edəcək.
Planlı, mütəşəkkil və müntəzəm çalışın.
Planlı və mütəşəkkil çalışmaq, həm peşəkarlıqdır, həm də asanlıq yaradır. Bu şəkildə həm zamana qənaət ədəcəksiniz, prioritetləri təyin edə, səhvi minimuma endirəcəksiniz, müdiriniz sizdən bir şey soruşduqda onu dərhal məlumatlandıracaqsınız. Sənədlərinizi kateqoriyalara ayıraraq nizamlı bir şəkildə saxlamaq, mail qutunuzu müxtəlif fayllara ayıraraq təşkil etmək; bunların hamısı sizin zamandan qazanmağınızı, işlərin gözünüzü qorxutmamağını təmin edəcək.
Hər zaman soyuqqanlı olun.
Stress, təzyiq, gərginlik; iş həyatında duyğulardır. İş həyatının ən əsas qaydalarından biri də bu mənfi duyğularla cilovlamaq və soyuqqanlılığınızı hər zaman qorumaqdır Bunun üçün əvvəlcə etməniz lazım olan, hadisə yeniykən ani reaksiya göstərməməkdır. Gərginlik artdıqda təxminən 5 dəqiqəlik müddət ərzində sakitləşmək üçün səssiz bir yerdə tək qalın. Sakitləşdikdən sonra mühitə geri dönün və fikirlərinizi söyləyin.
Fikirlerinizi paylaşın.
Yaradıcı fikirlərinizi, orjinal layihələri kimsəyə söyləməyib özünüzə saxladığınız müddət ərzində iş həyatında irəliləməyiniz mümkün deyil. Əgər iş mühitinizdə təhlükəli olduğunu düşündüyünüz, fikirlərinizi götürəcəyindən şübhələndiyiniz bəziləri varsa fikrinizi müdirinizin yanında, iclaslarda deyin. Eyni zamanda qrup işinə uyğun olun; yalnız öz işlərinizə deyil, qrupdakı hər kəsin işlərinə hörmətlə yanaşın. Köməkçi olmaqdan heç bir zaman çəkinməyin, təcrübələrinizi paylaşmaqdan heç bir zaman narahat olmayın. Burada ən çox diqqət yetirməyiniz lazım olan mövzu üslubunuz və rəftarınızdır. Bizim sizə təklifimiz çox bilmiş rəftarlardan və çox önə çıxmaq vərdişindən uzaq dayanmanızdır.
Fasilə verin.
Gün içində yorğunluğu atmaq üçün mütəxəssislər nəfəs məşqlərini təklif edir. İstər oturaq mövqedə istərsə də ayaq üstə, bir əlinizi kürəyinizə qoyun. Sinənizi bir şar kimi düşünün və onu şişirerek bu mövqedə nəfəs alın. Sanki kürəyinizdəki əlinizin içinə bu nəfəs dolurmuş kimi. Bir gün içərisində 2 və ya 3 dəfə, 3dəqiqəlik bu dərin nəfəs məşqinin tətbiqi sizə faydalı olacaq!