"İş yerinə dair arayış" elektron xidmətinə müraciətlərin sayı 6% artıb | Banco.az

"İş yerinə dair arayış" elektron xidmətinə müraciətlərin sayı 6% artıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron hökumət” portalı üzərindən təqdim etdiyi “İş yerinə dair arayış” elektron xidmətinə ötən ay aprel ayı ilə müqayisədə 6% çox, yəni 24 482 dəfə müraciət olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, mövcud autentifikasiya vasitələrindən istifadə etməklə “İş yerinə dair arayışın verilməsi” elektron xidmətini seçən istifadəçi prosedurlara uyğun məlumatları tam doldurduqda elektron informasiya-sistem tərəfindən onun sorğusu qəbul olunur.

Bundan sonra o, iş yerinə dair arayışı bu sistemdən real vaxt rejimində əldə edə bilir. İş yerinə dair arayışı aidiyyəti quruma elektron şəkildə göndərmək, həmçinin çap edərək kağız şəklində təqdim etmək mümkündür. Arayışı qəbul edən təşkilat isə orada əksini tapan məlumatların düzgünlüyünü, fərdi məlumatların dəqiqliyini portaldakı xüsusi xidmət vasitəsilə yoxlamaq imkanına malikdir.

Ən sərfəli kredit üçün müraciət et

“İş yerinə dair arayış” e-xidmətinə cari ilin yanvar-may aylarında 111,5 mindən çox, istifadəyə verildiyi 2014-cü ilin sonlarından bu ilin 1 iyun tarixinə qədər isə 564 392 dəfə müraciət olunub.

Mənbə: Apa.az