İş həyatında "Peter prinsipləri" | Banco.az

İş həyatında "Peter prinsipləri"

1969-cu ildə yazılmış bir kitab iş həyatınıza necə təsir edə bilər?

Kanadalı yazıçı Laurence J. Peter tərəfindən 1969-cu ildə yazılmış bir kitab iş və iqtisadiyyat dünyasına əhəmiyyətli təsiri nəticəsində  "Peter's Principle" adlı konsepsiyanın ortaya çıxmasına şərait yaratmışdır.  

Yüksəlmək üçün əsas şərt

Peter prinsipinə əsasən, insanların daha yüksək mövqeyə yüksəlməsinin əsas səbəbi işini yaxşı görməsidir. Yəni bir adam işi yaxşı edirsə o işdə bir üst mövqeyə yüksələ bilər.

Üst səviyyə daha çətin olmalıdır

Prinsip tam bu nöqtədə sizə yeni bir mübarizə təqdim edir. Bu prinsipə görə yüksəldiyiniz mövqedə sizi daha çətin işlər gözləyəcək. Əgər bu çətinliklərə qalib gəlib eyni müvəffəqiyyətlə uzun müddət işləsəniz daha üst mövqeyə keçməlisiniz.

Ən sərfəli kredit üçün müraciət et

Daha irəli gedə bilmirsinizsə...

Prinsipin karyera baxımından insanları məhdudlaşdırdığı nöqtə isə çıxa biləcəyiniz ən üst səviyyəyə gəldiyinizdə ortaya çıxır. Bu nöqtədən daha yüksək mövqe ala bilmirsinizsə, deməli bacarıqlarınız burada sona çatır. Ya da ikinci bir variant ortaya çıxır; o da o mövqelərə layiq olmayan kəslərin yüksəldilməsidir. 

Yaxşı işləmək hər zaman dəyərlidir

İşinizi işəgötürənlərinizdən müstəqil olaraq inkişaf etdirməyə çalışın. Əgər çalışdığınız yerdə yüksələ bilmirsinizsə, bunu dərd etməyin və bir sonrakı işiniz üçün öz keyfiyyətinizi yüksəltməyə davam edin.

Pərvanə Aslanova, Banco.az