Müəllif: Gülnar Əhmədli, Banco.az
Fransa 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan 143 milyon 49 min dollar dəyərində neft idxal edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 85 milyon 902 min dollar və ya 2.5 dəfə çoxdur.
Hesabat dövründə Fransanın idxal etdiyi neftin həcmi illik müqayisədə 191 min 211 ton və ya 3,1 dəfə artaraq 281 min 55 ton olub.
Qeyd edək ki, 2024-cü ilin 11 ayında Fransa Azərbaycandan 57 milyon 147 min dollar dəyərində 89 min 844 ton neft idxal edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
