Çin ikili təyinatlı məhsulların Yaponiyaya ixracını qadağan edib | Banco.az

Çin ikili təyinatlı məhsulların Yaponiyaya ixracını qadağan edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin ikili təyinatlı məhsulların Yaponiyaya ixracını qadağan edib.

Banco.az xəbər verir ki, Çin Ticarət Nazirliyi tərəfindən verilən açıqlamada bildirilib ki, sözügedən tədbir milli təhlükəsizliyin və milli maraqların qorunması, eləcə də silahların yayılmasının qarşısının alınmasına dair beynəlxalq öhdəliklərin yerinə yetirilməsi məqsədilə qəbul edilib.

Açıqlamada Çində istehsal olunan ikili təyinatlı məhsulların Yaponiyadakı hərbi son istifadəçilərə, həmçinin ölkənin hərbi imkanlarının inkişafına töhfə verən bütün son istifadəçilərə satışının qadağan edildiyi qeyd olunub. Bu müddəalara zidd olaraq sözügedən məhsulları tədarük edən və ya ötürən fiziki və hüquqi şəxslərin qanunvericilik qarşısında məsuliyyət daşıyacağı barədə xəbərdarlıq edilib.

Bildirilib ki, qadağa elan edildiyi tarixdən etibarən qüvvəyə minib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram