2025-ci ildə Azərbaycanda dövlət qurumlarının adına bənzər 52 saxta domen bloklanıb.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2024-cü illə müqayisədə 48 % azdır.
Təkcə IV rübdə 26 saxta domen bloklanıb ki, bu da əvvəlki rübə nisbətən 3,7 dəfə, 2024-cü ilin eyni dövrünün göstərici ilə müqayisədə isə 13 % çoxdur.
Xatırladaq ki, 2024-cü ildə dövlət qurumlarını hədəf alan 100 saxta domen aşkarlanaraq bloklanıb.
