İranlı sahibkarlar əməkdaşlıqda maraqlıdır | Banco.az

İranlı sahibkarlar əməkdaşlıqda maraqlıdır

2016-cı ili oktyabrın 26-da Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında  İran İslam Respublikasının Şərqi Azərbaycan əyalətinin iş adamlarından ibarət nümayəndə heyəti ilə görüş keçirilib.Görüşdə İran İslam Respublikasının rəsmi şəxsləri ilə yanaşı,  Şərqi Azərbaycan əyalətinin  30-dan çox müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları , həmçinin Konfederasiyanın məsul şəxsləri də  iştirak ediblər.

Qonaqları  salamlayan  Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse prezidenti Vüqar Zeynov  iki ölkə arasında biznes əlaqələrinin yüksək səviyyədə olduğunu, azərbaycanlı və iranlı iş adamlarının işgüzar əlaqələrinin müsbət nəticələr verdiyini bildirib. Qeyd edib ki, xarici şirkətlərin fəaliyyəti üçün ölkəmizdə əlverişli şərait yaradılıb və İran  iş adamları da bu imkanlardan yararlanmaqla fəaliyyətini genişləndirə və ya yeni biznes layihələri həyata keçirə bilərlər. İlin sonunadək İranda keçirilməsi nəzərdə tutulan İran-Azərbaycan  biznes forumunun iş adamları arasında birbaşa əlaqələrin qurulması, əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli olacağı da istisna edilməyib.

Ən sərfəli kredit üçün müraciət et

Təbriz Ticarət palatasının üzvü Əlirza PurAğabalayi İran və Azərbaycan arasında ticarət münasibətlərinin davamlı inkişaf etməsindən, həyata keçirilən layihələrdən söhbət açdı. Bu əlaqələrin daha da genişləndirilməsində maraqlı olduqlarını qeyd edən qonaq Azərbaycan Sahibkarlar Konfederasiyası ilə yaxından əməkdaşlıq etmək arzusunda olduqlarını dilə gətirdi. Qarşı tərəfi  daha sıx əməkdaşlığa dəvət etdi.

Görüşdə Təbriz  iş adamları ilə azərbaycanlı həmkarları arasında  əməkdaşlığın genişləndirilməsi ilə bağlı müəyyən razılığa gəlinib.

Ən sərfəli krediti almaq üçün müraciət et