İqtisadi Zonaların İnkişafı Agentliyinin nizamnaməsi 2 aya hazırlanacaq | Banco.az

İqtisadi Zonaların İnkişafı Agentliyinin nizamnaməsi 2 aya hazırlanacaq

Nazirlər Kabineti 2 ay müddətinə İqtisadi Zonaların İnkişafı Agentliyinin nizamnaməsini hazırlayacaq.

Bu, Prezident İlham Əliyevin “Sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanında əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti iki ay müddətində:

- Agentliyin nizamnaməsinin layihəsini, habelə nizamnamə fondunun miqdarı barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək;

- “Aqroparklar haqqında Nümunəvi Əsasnamə”nin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək;

Agentlik dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində:

- Agentliyin maddi-texniki təminatı məsələlərinin həlli üçün tədbirlər görəcək;

Ən sərfəli kredit üçün müraciət et

- “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin balansındakı əmlakın Agentliyin balansına verilməsini təmin edəcək.

Həmçinin, bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et