Müəllif: Gülnar Əhmədli, Banco.az
Bakı Fond Birjasında bu gün Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu ASC–nin tədavül müddəti 7200 gün, nominal dəyəri 1,000 manat olan AZ2074008684 ISIN-li, 30,000,000 manat həcmində olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
Banco.az bu barədə Birjaya istinadən xəbər verir.
Məlumata görə, hərrac zamanı 1 investor tərəfindən 1 sifariş təqdim edilib. İstiqrazın illik faiz dərəcəsi 3%, faiz ödəniş dövrü isə 180 gündən bir (6 aydan bir) təşkil edir.
Hərrac qiyməti 1,000 manat olan sifarişlərin nominal qiymətlə ümumi məbləği 30,000,000 manat olmuşdur. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil edib.
İstiqrazların ödəmə tarixi 18 aprel 2043-cü ildir.
Yerləşdirmə üzrə anderrayter "Unicapital İ.Ş" ASC-dir.
Bizi sosial şəbəkələrdən izləyin!!