İpoteka Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib | Banco.az

İpoteka Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

17 sentyabr  Bakı Fond Birjasında İpoteka və Kredit Zamanət  Fondu ASC – nin AZ2048008687 ISIN-li, 25 mln manat həcmində, 7200 gün tədavül müddətli ipoteka  istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 50 000 000,00  manat olmuşdur.

İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 25 000 000,00  manat təşkil etmişdir.

İstiqrazların   ödəmə tarixi 6 aprel  2040-cı ildir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram