İnvestisiyaların qarşılıqlı müdafiəsi və təşviqinə dair saziş təsdiqlənib | Banco.az

İnvestisiyaların qarşılıqlı müdafiəsi və təşviqinə dair saziş təsdiqlənib

Rusiya hökumətinin qanunvericilik fəaliyyəti üzrə komissiyası Azərbaycan və Rusiya arasında imzalanan investisiyaların qarşılıqlı müdafiəsi və təşviqinə dair hökumətlərarası sazişlə bağlı qanun layihəsini təsdiqləyib.

Bu barədə RF Nazirlər Kabinetinin saytında yayılan məlumatda deyilir.

Ən sərfəli kredit üçün müraciət et

Sənədə RF Nazirlər Kabinetinin iclasında baxılacaq.

Xatırladaq ki, Azərbaycan və Rusiya arasında imzalanan investisiyaların qarşılıqlı müdafiəsi və təşviqinə dair hökumətlərarası saziş 2014-cü il sentyabrın 29-da Həştərxanada imzalanıb.

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et