İngiltərədə işsizlik səviyyəsi gözləniləndən çox olub | Banco.az

İngiltərədə işsizlik səviyyəsi gözləniləndən çox olub

Müəllif: Tamara Mustafayeva, Banco.az

Böyük Britaniyada işsizlik səviyyəsi mart-may dövründə proqnozları üstələyib.

Banco.az xəbər verir ki, İngiltərə Milli Statistika İdarəsinin (ONS) məlumatına görə, mart-may aylarını əhatə edən 3 aylıq dövrdə ölkədə işsizlik səviyyəsi əvvəlki 3 aylıq dövrlə müqayisədə 0,2 faiz artaraq 4 faizə çatıb. İşsizlik nisbətinin artmasında ötən 12 ayda işləməyənlərin sayındakı artım təsirli olub.

Ekspertlər işsizlik səviyyəsinin 3,8 faiz olacağını gözləyirdilər.

Bu dövrdə ölkədə məşğulluq səviyyəsi isə 0,2 faiz artaraq 76 faiz təşkil edib.

Qeyd edək ki, sözügedən dövrdə bonuslar da daxil olmaqla işçilərin ümumi əmək haqlarında artım 6,9 faiz, bonuslar nəzərə alınmadan müntəzəm əmək haqlarında artım isə 7,3 faizlə rekord həddə çatıb. Proqnozlar bu nisbətin 7,1 faiz olacağı istiqamətində idi.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et