İngiltərə Şimal dənizində 100-dən çox neft və qaz lisenziyası verəcək | Banco.az

İngiltərə Şimal dənizində 100-dən çox neft və qaz lisenziyası verəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Böyük Britaniya Şimal dənizində 100-dən çox yeni neft və qaz lisenziyasının veriləcəyini elan edib.

Banco.az xəbər verir ki, bu barədə Baş nazirin 10 saylı ofisindən məlumat verilib.

Bildirilir ki, Böyük Britaniyanın Baş naziri Rişi Sunak bu gün ölkənin əsas enerji infrastruktur mərkəzlərindən biri olan Şotlandiyanın Aberdinşir bölgəsinə səfəri zamanı regionun enerji təhlükəsizliyi və müstəqilliyində oynadığı rolu vurğulayacaq.

Şimal dənizində 200 min personalla xidmət göstərən neft və qaz sənayesini dəstəkləyən Britaniya hökuməti Şimal Dənizinin Transformasiya İdarəsi (NSTA) ilə birgə öhdəliyə əsasən, regionda 100-dən çox yeni neft və qaz lisenziyası verəcək.

Qeyd edək ki. Şimal dənizində lisenziyalaşdırmanın 33-cü mərhələsi çərçivəsində yeni lisenziyalar ilkin olaraq payızda veriləcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram