"İngiltərə Mərkəzi Bankı faiz dərəcələrini maksimum səviyyəyə çatdırmayacaq” | Banco.az

"İngiltərə Mərkəzi Bankı faiz dərəcələrini maksimum səviyyəyə çatdırmayacaq”

Müəllif: Tamara Mustafayeva, Banco.az

Endryu Beyli faiz dərəcələrinin çox güman ki, böhrandan əvvəlki yüksək həddən aşağı qalacağını bildirib.

Banco.az xəbər verir ki, İngiltərə Bankının (BoE) sədri Endryu Beyli mərkəzi bankın ötən otuz ilin ən sürətli faiz artımı seriyasının sonuna çatdığına dair işarələr verib.

Qlobal bank sistemini vuran böhranın faiz qərarlarına təsir etməyəcəyini də dilə gətirən Beyli İngiltərənin maliyyə bazarlarındakı fırtınanın öhdəsindən gələcəyinə əminliyini ifadə edərək, faiz dərəcəsini təyin edənlərin inflyasiya ilə mübarizəyə diqqət yetirəcəyini bildirib.

Qeyd edək ki, Beylinin şərhləri ABŞ-ın Silikon Vadisi Bankının (SVB) Böyük Britaniya bölməsinin xilas olmasına baxmayaraq, BoE-nin keçən həftə əsas kredit faizini 25 bənd artıraraq 2008-ci ildən bəri ən yüksək səviyyə olan 4.25 faizə yüksəltdikdən sonrakı bəyanatlara əsaslanır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram