İndiyədək 124 min manatlıq elektron sığorta müqaviləsi bağlanılıb | Banco.az

İndiyədək 124 min manatlıq elektron sığorta müqaviləsi bağlanılıb

Bu ilin noyabrın 1-nə İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 1 686 standart və sərhəd sığorta müqavilələri elektron qaydada bağlanılıb.

İSB-dən verilən məlumata görə, bunların 323-ü xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan nəqliyyat vasitələri təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd olunan tarixdə standart və sərhəd sığorta müqavilələri üzrə ödənişlər elektron qaydada Hökumət Ödəniş Portalı vasitəsi ilə həyata keçirilib və sığorta haqlarının məbləği 124 min 65,75 manat təşkil edib.

Mənbə: Apa.az