Müəllif: Tamara Mustafayeva, Banco.az
İlon Mask “Twitter” platformasında loqo dəyişikliyi edib.
Banco.az xəbər verir ki, şirkətin baş direktoru İlon Mask sosial media platformasının ənənəvi “mavi quş” loqosunu “X” hərfi ilə əvəz edib.
O, şəxsi “Twitter” profilinin şərh bölməsində "X.com" yazaraq "X.com" ünvanının artıq "twitter.com"a yönləndirildiyini açıqlayıb.
Şirkətin rəsmi “Twitter” hesabında profil şəklinin “X” hərfi ilə, İlon Maskın hesabındakı “quş” loqosunun isə bu X hərfi ilə əvəz edildiyi görülüb.
Bundan əlavə, "X.com" saytında “quş” loqosunun əvəzinə “X” loqosu görünür.
Xatırladaq ki, “SpaceX” və “Tesla” şirkətlərinin də sahibi olan Mask “Twitter” şirkətini oktyabr ayında satın alıb və o vaxtdan bəri platformada əsaslı dəyişikliklər həyata keçirib.
Bizi sosial şəbəkələrdən izləyin!!