İlin sonuna dolları kəskin bahalaşma gözləyir | Banco.az

İlin sonuna dolları kəskin bahalaşma gözləyir

Dünyanın əsas 5 mərkəzi bankı sayılan FED (ABŞ), ECB (Avropa İttifaqı), BoE (İngiltərə), BoJ (Yaponiya) və SNB (İsveçrə) maliyyə bazarlarının illik qlobal likvidlik ehtiyacının 2 trln. dollarını təmin edir. "Investinq.ru" saytına istinadən xəbər verilir ki, bu vəsaitin təxminən 90%-i ECB və BoJ tərəfindən ödənilir. Belə bir vəziyyət heç 2008-2009-ci illərin maliyyə böhranı zamanı müşahidə olunmayıb. Mərkəzi banklar elə bir həcmdə qiymətli kağızlar alaraq maliyyə bazarlarını likvidliklə təmin edir ki, sanki qlobal maliyyə böhranının pik nöqtəsidir. Nəticədə 2016-cı ildən etibarən maliyyə bazarları sabitlik qazana bilib.

Qeyd edək ki, mərkəzi bankların monetar ekspanisyası mütləq şəkildə qlobal bazarlarla korrelyasiya təşkil edir. Belə ki, statistikaya əsasən, ABŞ-ın "S&P 500" birja indeksinin artım sürəti, adı çəkilən 5 əsas mərkəzi bankın monetar ekspansiyada intensivlik dərəcəsinin yüksəlməsinə bağlı olaraq dəyişir. Bankların fəaliyyətində hər hansı dayanma halında fond birjaları artımını dayandırır.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, hazırda bu 5 bankın aktivlərinin cəmi 16 trln. dollara yaxınlaşır və bu, 2008-ci ildə maliyyə böhranı başladığı dövrlə müqayisədə 4,5 dəfə çoxdur. ECB-nin aktivləri 5 trln. dollar həddini aşıb, FED və BoJ üzrə isə 4,5 trln. dollara yaxındır.

Bu ilin sonunda ECB və BoE-nin monetar ekspansiya proqramı sona çatır. FED isə 2014-cü ildə prosesi sona çatdırıb. Bu il FED-in aktivlərini azaltmağa başlaması gözlənilir. Həmçinin FED-in cari ilin VI rübündə 500 mlrd. dollar həcmində istiqraz yerləşdirəcəyi bildirilir. Nəticədə fond birjalarında 15%-ə yaxın azalma, dolların məzənnəsində isə kəskin artım müşahidə oluna bilər.

Ən sərfəli krediti almaq üçün müraciət et