“İkiqat Cashback” festivalının son günlərini qaçırmayın! | Banco.az

“İkiqat Cashback” festivalının son günlərini qaçırmayın!

İlk dəfə keçirilən Expressbank-dan “İkiqat cashback” festivalının bitməsinə son 3 gün qalıb! ExpressClub layihəsi çərçivəsində 27 noyabrdan başlayaraq dekabrın 4-dək davam edən festival ərzində Expressbank-ın plastik kart sahibləri xüsusi tərəfdaşlarda alış-veriş edərkən ikiqat “cashback” qazanacaqlar!

 

İkiqat cashback qazandıran tərəfdaşlar sırasında bir çox məşhur brendlər yer alıb. Misal üçün tərəfdaşlar siyahısında Ltb, Oasis, Braccialini, Salamander, Yamamay, Rodrigo, Agat, Flo, Geox, French Connection və bir sıra digər tərəfdaşlar əks olunub. ExpressClub üzrə tərəfdaşlar siyahısı daima yenilənir və artır. Müştərilər üçün yeni istifadəyə verilmiş www.expressclub.az saytı vasitəsi ilə istənilən şəxs həm ExpressClub üzrə bütün tərəfdaşların siyahısı, həm də ikiqat “cashback” qaytaran tərəfdaşlar siyahısı ilə tanış ola bilər.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, “Expressbank”ın plastik kartlarına sahib olmaq istəyən müştərilər Expresso kartlarını 5 AZN, Visa Electron / Maestro kartlarını 6 AZN, Visa Classic / MasterCard Standart kartlarını isə 8 AZN-ə əldə edə bilərlər. Həmçinin hesaba minimum 400 AZN ilkin mədaxil etməklə Visa / MasterCard Gold, 800 AZN ilkin mədaxillə isə Visa / MasterCard Platinum kartlarını Pulsuz sifariş etmək mümkündür.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz