Tamara Mustafayeva, Banco.az
Hər bir markanın özünə məxsus bir hekayəsi var. Bugünkü məqaləmizdə keçmişi Adidas və Nike firmalarından da qədim olan və 1911–ci ildə İtaliyada Fila qardaşları tərəfindən qurulan FILA–nın hekayəsini sizinlə bölüşürük.
FILA markanın quruluş mərhələsində geyim sektoruna dəbdəbəli məhsullar təqdim etməyi və məhsul dizaynında dövrün məşhurlarına müraciət edərək regional miqyasda uğurlu olmağı hədəfləmişdi. 1923–cü ilə qədər təkcə İtaliyanın şimalında yerləşən Biella şəhərində fəaliyyət göstərən marka həmin ildən etibarən əvvəl İtaliyanın digər ərazilərinə, ardınca isə dünyaya yayılaraq macərasına başladı.
Həmin vaxtdan etibarən marka öz vizyonunu da dəyişdirərək yüksək keyfiyyətə malik idman geyimləri dizayn edərək bazara çıxmağa qərar verir. Bura qədər hər şey çox adi səslənir. Ta ki iki mühüm dönüş nöqtəsi yaşanılanadək...
Xüsusilə də idman geyim sektorunda hər markanın hekayəsində bir dönüş nöqtəsi olur. “Adidas” firmasında Dassler qardaşlarının işlərini ayırması, “Nike” firmasında sərmayəsiz böyüməyin səbəb olduğu problemləri xalqa istinad etməklə aradan qaldırma cəhdləri buna nümunə ola bilər. FILA markasında da bənzər məqam 1968 – ci ildə Enrico Frachey–in marka direktorluğu vəzifəsinin icrasına başlaması və markanı qlobal bazara çıxarması ilə yaşanılır. Şirkətin qarşısına hədəf olaraq qoyduğu ilk idman növü isə tennis olur.
Bu yatırım markaya böyük bir uğur qazandırarkən həmçinin Adidas, Nike, Reebok kimi markalarla rəqabət artırdı. FILA tennis idman növünə sponsorluq yolu ilə marketinq fəaliyyətlərini genişləndirərkən İsveçli tenisçi Björn Borg başda olmaqla bir çox idmançı ilə əməkdaşlıq edirdi.
Həmçinin oxu: İdman məhsulları istehsal edən şirkətlərin rəqabəti: Nike və Adidas
İdman geyim sektorunda qlobal bir marka olmaq üçün müxtəlif idman növlərinə yönələn FILA bununla gözlədiyi uğuru qazana bilmədi. 2000–ci illərin əvvəlində marka əl dəyişdirdi və iki hissəyə ayrıldı. Markanın səhmləri Amerikalı bir holdingə keçərkən təkcə Cənubi Koreya fəaliyyətlərini idarə edəcək başqa bir şirkət FILA–nı satın aldı.
Sözügedən şirkət FILA–nı ölkənin ən böyük idman geyim markasına çevirdi. Bu nailiyyət markanın qlobal bazardakı yerini möhkəmləndirəcək bir həmlənin başlanğıcı idi.
FILA idarəçiləri strateji bir qərarla moda aləmində başlayan “küçə tərzi” anlayışını əsas götürərək markanı dəbdəbəli bir idman geyim markasına çevirməyə qərar verdi.
İşləri Milana keçirən şirkət sözün əsl mənasında markanı yenidən yaradırdı. İrəliləyən müddətdə marka nümayəndələrinin və marka dəstəkçilərinin köməyi ilə FILA çatmaq istədiyi hədəfə doğru əmin addımlarla irəliləyirdi.
Dəbin mərkəzi hesab edilən Milana yerləşən FILA həm sektora tamamilə daxil oldu, həm də digər böyük firmalarla əməkdaşlıq edərək fərqli kolleksiyalar buraxmağa imkan qazandı. İtaliya markası Fendi ilə əməkdaşlıq dünyaya səs salan kolleksiyaların yaranmasına səbəb oldu.
FILA sneaker idman ayaqqabısının istehsalına da başlayaraq bu ayaqqabı modellərində öz dəsti-xəttini əks etdirməyə başladı.
Bü gün moda aləmi küçə dəbinin təsirinə qapılmış vəziyyətdədir. Əvvəllər idman geyimlərinə ucuz qiyməti və rahatlığı səbəbilə müraciət edilirdisə, onlar artıq rahatlıqla yanaşı dəbdəbənin və göstərişin rəmzi olaraq da görülür. FILA Cənubi Koreyada uğur əldə edə bilməsəydi, sadəcə retro marka olaraq bir müddət yaddaşlarda qalacaqdı. Ancaq markanın dəyişdirdiyi hədəf və seçdiyi strategiya onun “zamanın nəbzini” tutmasına səbəb oldu.
Həmçinin oxu: İki qardaşın düşmənçiliyinin nəticəsi: Adidas və Puma
Bizi sosial şəbəkələrdən izləyin!!