Azərbaycan bu ilin yanvar-avqust aylarında gömrük bəyannamələrinə əsasən 16 milyard 377 milyon 579,25 min kubmetr həcmində təbii qaz ixrac edib.
Banco.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin statistikasına əsasən, hesabat dövründə Azərbaycandan ixrac edilən təbii qazın ümumi dəyəri 5 milyard 710 milyon 869,27 min ABŞ dolları təşkil edib.
2026-cı ilin ilk 8 ayında təbii qaz ixracının həcmi 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz, ixracın dəyəri isə 4,8 faiz azalıb.
Hesabat dövründə təbii qazın Azərbaycanın ümumi ixracında payı 26,18 faiz təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 33 milyard 238 milyon ABŞ dolları olub. Bunun 21 milyard 815 milyon dolları ixracın, 11 milyard 423 milyon dolları isə idxalın payına düşüb.
Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycanın ixracı 27,8 faiz artıb, idxalı isə 24,1 faiz azalıb.
