Müəllif: Tamara Mustafayeva, Banco.az
“Hyundai Motor Company” Səudiyyə Ərəbistanında yeni zavodun inşasına başlayır.
Banco.az xəbər verir ki, Cənubi Koreyanın avtomobil istehsalçısı “Hyundai Motor Company” Səudiyyə Ərəbistanında yüksək avtomatlaşdırılmış zavod təsis etmək üçün Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondu (PIF) ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
Şirkətdən verilən məlumata görə, müqavilə çərçivəsində PIF yeni birgə müəssisədə səhmlərin 70 faizinə sahib olacaq, “Hyundai” isə qalan 30 faiz payla təşəbbüsü dəstəkləyəcək. “Hyundai” həmçinin istehsalda texniki və kommersiya dəstəyi göstərməklə strateji texnologiya tərəfdaşı kimi çıxış edəcək.
Səudiyyə-Koreya Biznes Forumunda elan edilən bu birgə müəssisə həm daxili yanma mühərriki, həm də elektrik avtomobilləri daxil olmaqla, ildə 50 min avtomobil istehsal etməyi hədəfləyir.
Qeyd edək ki, sözügedən obyektin təməlinin 2024-cü ildə qoyulması, 2026-cı ildə istehsalına başlanılması nəzərdə tutulur.
Bizi sosial şəbəkələrdən izləyin!!