"Huawei" ən böyük yerli rəqibi ilə lisenziya müqaviləsi imzalayıb | Banco.az

"Huawei" ən böyük yerli rəqibi ilə lisenziya müqaviləsi imzalayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Huawei” ən böyük yerli rəqibi “Oppo” ilə patent lisenziya müqaviləsi imzalayıb.

Banco.az xəbər verir ki, Çində yerləşən istehlak elektronikası şirkəti “BBK Electronics”in nəzdində fəaliyyət göstərən “Oppo” ölkənin texnologiya nəhəngi “Huawei” ilə 5G, WiFi, audio və video kodekləri əhatə edən müqavilə bağladığını açıqlayıb.

Müqavilə ilə “Oppo” “Huawei”in 5G patentləri üzərində qlobal hüquqlara sahib olur. 

Qeyd edək ki, şirkətlər lisenziya müqaviləsinin maliyyə şərtlərini açıqlamayıblar.

Xatırladaq ki, Tramp dövrünün sanksiyalarından əvvəl tədarüklərdə “Samsung” və “Apple”ı geridə qoyan “Huawei” keçən ilki sanksiyalardan sonra smartfon satış gəlirlərinin azalmasına baxmayaraq, patent portfelindən daha aqressiv şəkildə pul qazanmağı planlaşdırdığını açıqlamışdı.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et