Huawei bu şəxslər üçün 20 milyon funt sterlinq ayırdı | Banco.az

Huawei bu şəxslər üçün 20 milyon funt sterlinq ayırdı

Huawei, hələ yay aylarında, App Gallery əlavəsinin firma mağazasının inkişafına böyük məbləğdə vəsait ayıracağını bildirmişdi.

Xatırladaq ki, yeni Huawei smartfonlarda sertifikatlaşdırılmamış Android quraşdırılır, ona görə də Google Play əlavələr mağazası da daxil olmaqla, burada Google xidmətləri yoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Alternativ olaraq, Çin şirkəti smartfonlarına Gallery App quraşdırır və onun inkişafı üçün Huawei yaradıcılara pul mükafatları ödəyəcək.

Yeni proqrama Böyük Britaniyada başlanıb və mənbənin məlumatına görə, yaradıcıları üçün 20 milyon funt sterlinq ayrılıb.

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et