“Hökumət ixtisara yol verən sahibkarlara qarşı ciddi tədbirlər görəcək” | Banco.az

“Hökumət ixtisara yol verən sahibkarlara qarşı ciddi tədbirlər görəcək”

İş yerlərinin və məşğulluğun qorunması dövlətin diqqət mərkəzindədir.

Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov müsahibəsində bildirib.

Nazir, həmçinin işçilərin hüquqlarının və sosial müdafiəsinin təmin ediləcəyini deyib.

Ən sərfəli kredit üçün müraciət et

M.Cabbarov işəgötürənlərə müraciət edərək, onları müvəqqəti çətinliklər fonunda işçilərin ixtisarı və ya işdən çıxarılması hallarına yol verməməyə, sosial məsuliyyət prinsiplərinə sadiq qalmağa çağırıb. O, vurğulayıb ki, əks təqdirdə, hökumət həmin sahibkarlara münasibətdə ciddi tədbirlər görəcək.

Report

Ən sərfəli krediti almaq üçün müraciət et