Hindistan hökuməti sığorta və aviasiya sektorunu inkişaf etdirmək üçün xarici investorlara tətbiq olunan məhdudiyyətləri yumşaldır.
Məlumata görə, Hindistan Maliyyə Nazirliyi sığorta şirkətlərində xarici investorların sahib ola biləcəyi səhm payını 49%-dən 74%-ə qaldırılması və aviasiya sektorunda isə öz şirkətlərini yaratmağa icazə verib.
Bundan başqa, Hindistan dəmiryolu, təhsil və kirayə mənzil sektorunda 100% xarici investisiyalı şirkətlərin yaradılmasına icazə verib.
Xatırladaq ki, indiyə qədər dəmiryolu sektorunda xarici investorlara sərmayə qoyuluşuna icazə verilmirdi.
Qeyd edək ki, Hindistan bu qərarlarla hazırda ÜDM-nin 2%-i olan xarici investisiyanı 6% səviyyəsinə qaldırmaq istəyir.
Report