Hindistan şirkətləri Rusiya neftinin pulunu milli valyuta ilə ödəmək istəmədi | Banco.az

Hindistan şirkətləri Rusiya neftinin pulunu milli valyuta ilə ödəmək istəmədi

Müəllif - Fərid İslamov, Banco.az

Hindistan sanksiyalar təhlükəsi səbəbindən Rusiya ilə milli valyutada hesablaşmalara keçməkdə tələsməmək qərarına gəlib.

Banco.az xəbər verir ki, Hindistanın neft emalı zavodları ABŞ-ın sanksiyaları təhlükəsi və ticarətdə Rusiyadan idxalın xeyrinə balansın pozulması səbəbindən Rusiya neftinin dəyərini milli valyuta ilə ödəmək istəməyiblər. 

Hindistan şirkətləri "normal bank kanalları ilə" Rusiya neftinin idxalı üçün dollarla ödəniş etməyə davam edir. Hindistan Ehtiyat Bankı (RBI) tərəfindən hazırlanmış və ticarətin rupiyə keçidini nəzərdə tutan alternativ variant hələ də sürət qazanmayıb.

Ən sərfəli kredit üçün müraciət et

Beynəlxalq maliyyə sisteminə daxil olan iri Hindistan bankları sanksiyalardan qorxduqları üçün Rusiya ilə rupidə (dollar və avro əvəzinə) ticarət mexanizmindən istifadə etmək istəmirlər. Bundan əlavə, rupi Rusiya rublundan daha likvid olduğu üçün məzənnənin müəyyənləşdirilməsində çətinliklər var.

Bu arada Rusiya Maliyyə Nazirliyi ölkəyə rupi axınına ümid edir. Yayda Mərkəzi Bank bəyan etmişdi ki, agentlik ölkənin “əsas pul qutusu” hesab edilən Milli Rifah Fondunun (NWF) dost ölkələrin, o cümlədən Hindistanın valyutaları ilə doldurulmasını təmin etmək niyyətindədir.

Ən sərfəli krediti almaq üçün müraciət et