Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda 2023-cü ildə həyatın yaşam sığortası üzrə 504 milyon 992 min manat sığorta haqqı yığılıb.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, illik müqayisədə 27.3% və ya 108 milyon 305 min manat çoxdur.
Son 1 ildə bu sığorta növü üzrə ödənişlərin məbləği isə 50.5 milyon manat və ya 20.9% artaraq 292 milyon 552 min manata çatıb.
Qeyd edək ki, 2022-ci ildə həyatın yaşam sığortası üzrə yığımlar 396.7 milyon manata, ödənişlər isə 242.1 milyon manata bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!