Herfindal-Hirşman İndeksi nədir? | Banco.az

Herfindal-Hirşman İndeksi nədir?

Azərbaycan Mərkəzi Bankının maliyyə sabitliyi icmallarında tez-tez rastlaşdlığımız Herfindal-Hirşman İndeksi nədir?

1982-ci ildən etibarən ABŞ Ədliyyə Departamenti, Federal Ticarət Komitəsi monopoliyanın qarşısını almaq məqsədilə bazar təmərküzləşməsini ölçmək üçün Herfindal-Hirşman İndeksindən (HHİ) istifadə etməyə başladılar. HHİ mövcud şirkətlərin bazar paylarının kvadratını toplamaqla hesablanır. Məsələn, iki şirkətdən ibarət bazar təsəvvür edin, onların bazar payları 70% və 30% nisbətindədir. Bu zaman HHİ belə hesablanır: 702+302=5800

ABŞ Ədliyyə Departamentinin təcrübəsinə əsasən bazarlar 3 hissəyə ayrılır:

  • aşağı səviyyədə təmərküzləşmiş bazarlar (HHİ<1500)
  • orta səviyyədə təmərküzləşmiş bazarlar (1500<HHİ<2500)
  • yüksək səviyyədə təmərküzləşmiş bazarlar (2500<HHİ)

HHİ-nin dəyəri 0-10000 arasında dəyişə bilər. HHİ=10000, bazarda yalnız bir şirkətin olduğunu və inhisarçılığın hökm sürdüyünü göstərir.

Ən sərfəli kredit üçün müraciət et

Nəzərinizə çatdıraq ki, 2013-cü ilin dekabr ayı üzrə Azərbaycan bank sistemində aktivlər, kreditlər və əmanətlərdə payına görə bankların Herfindal-Hirşman indeksi müvafiq olaraq 1426, 1482 və 1180 olmuşdur. Bununla yanaşı, cari ilin I rübü ərzində də HHİ 1500-dən aşağı səviyyədə qalmışdır. Bunun da əsas səbəbi xırda və orta bankların sayının çox olmasıdır.

 

Ən sərfəli krediti almaq üçün müraciət et